Paylaşmaq

“Prison Break” (“Həbsdən qaçış”) serialının yeni mövsümünün təqdimat tarixi məlum olub.

Stars.az-ın xarici KİV-ə istinadən məlumatına görə, baş rollarda Ventuort Miller və Dominik Pörsellin çəkildiyi ekran işinin ilk seriyası aprelin 4-də “FOX”da nümayiş olunacaq.

9 bölümdən ibarət yeni mövsümün treylerləri artıq təqdim olunub. Ssenaristlər 4-cü mövsümün sonunda öldüyü deyilən “Maykl Skolfild”i ekrana qaytarıblar.

Qeyd edək ki, “Həbsdən qaçış” 2005-2009-cu illərdə nümayiş olunub.